Sizin reklam burada
Sizin reklam burada
  • İbrahim Cəfərov: "İnanıram ki, 2025- ci ildə daha mükəmməl olacağıq"

    "2024- cü il başa çatmaq üzrədir, bu günlər mübariz əməkdaşlarımızla il ərzində gördüyümüz işləri müzakirə edirik. Apardığımız elmi- tədqiqat işlərinin keyfiyyətində xeyli irəliləyişlər var, COP29- la bağlı tədbirlərdə fəal iştirak etdik, 100- dən artıq məqalə və tezislərimiz, 4 kitabımız çıxıb."
    Bunu "atributinfo.az"a danışan AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru İbrahim Cəfərov deyib. O, əlavə edib ki, Respublika əhəmiyyətli konfranslar, seminarlar, dəyirmi masalar keçirmişik, fermerlərlə maarifləndirmə işləri aparmışıq:
    "Çalışırıq, işləyirik, uğurla çalışırıq, mükəmməlləşirik, perspektivli gənclər yetişdiririk, xarici dillər öyrənirik. Əməkdaşlarıma inanıram, onlara güvənirəm, inanıram ki, 2025- ci ildə daha mükəmməl olacağıq. Hamımıza uğurlar."- İ.Cəfərov bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ