Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisdə səfirlə görüş

    "Bu gün Milli Məclisdə Azərbaycan- Qırğızstan parlamentlər arası işçi qrupu olaraq Qırğızstanın ölkəmizdəki yeni səfiri Maksat Mamıtkanovu qəbul etdik."
    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Musa Urud deyib.
    Deputat əlavə edib ki, qəbul zamanı ölkələrimiz arasındakı tarixi yaxınlığı, dostluq münasibətlərini qeyd etdik. Bildirdik ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Qırğızstan Respublikasının prezidenti cənab Sadır Japarovun səyləri nəticəsində ölkələrimiz arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir:
    "Diplomatik və parlamentlər arası münasibətlərimiz də artan xətt üzrə inkişaf edir.
    Səfir M.Mamıtkanov səmimi qəbul uçün təşəkkürünü bildirdi və dost ölkənin elçisi olaraq Azərbaycanda fəaliyyətinə hər cür dəstək verildiyini qeyd etdı.
    Səmimi şəraitdə faydalı fikir mübadiləsi apardıq."- Musa Urud deyib.

    Bəradər Səməndərli
    "atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ