Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Razi Nurullayev Milli Məclisdə İmişlidən gələn təqaüdçünü qəbul edib

    Daim seçicilərinin yanında olan deputat Razi Nurullayev bu səhər Milli Məclisdə İmişlidən gələn təqaüdçünü qəbul edib
    Bu barədə "atributinfo.az"-a daanışan millət vəkili:
    "Bu gün səhər büdcə müzakirələrindən öncə İmişlidən görüşə gəlmiş vətəndaşı qəbul etdim. Soltanmuradlı kəndindən gəlmiş təqaüdçü İbişov Eldar həbs edilmiş oğlu İbişov Rahibin əfv edilməsi ilə bağlı aidiyyatı ünvana müraciət etməyimi xahiş edir. Rahibin həbsinin iki ili gələn ilin martın 11-də tamam olacaq."
    Deputat əlavə edib ki, mövcud qanunvericiliyə - Azərbaycan Respublikası Prezidentinin "Əfvetmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə 18 iyul 2001-ci il 538-saylı fərmanına görə "ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra" əvf edilə bilər:
    "Vəziyyət seçiciyə izah edildi. Bununla bərabər, qanunlarımızın tanıdığı digər imkanları da vətəndaşa izah edərək kömək etmək üçün onu Milli Cəbhə Partiyası - MCP başqanının müavini, partiyanın hüquqşünası Vugar Dadashov Hüquqşünas-a yönəltdik. Bu gün görüşəcəklər."- Razi Nurullayev deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ