Sizin reklam burada
Sizin reklam burada
  • COP-29 dönəmində deputatdan seçicilərlə növbəti görüş

    "Bakı beynəlxalq tədbirə ev sahibliyi etdiyi dönəmdə biz də Masallı Rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında seçicilərlə növbəti görüş-qəbul keçirdik. Görüş-qəbulda 16 seçici iştirak edirdi. Onlardan bir nəfəri şəhid atası idi."
    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. O, bildirib ki, qəbula gələnlərin istəklərinin daha operativ həllini tapması üçün qəbulda Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və Masallı rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev iştirak edirdilər:
    "Bəzi seçicilərin istəkləri yerində həllini tapdı, digər məsələlər səlahiyyətlərimiz çərçivəsində aidiyyəti üzrə yönləndirildi. Görüşlər davam edir."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ