Bunu "atributinfo.az"a eksklüziv açıqlamasında Milli Məclisin deputatı Musa Urud deyib. O, əlavə edib ki, hazırda Moldovada iki minə yaxın soydaşımız yaşayır, yerli əhali ilə sıx inteqrasiya etmiş uğurlu diasporumuz fəaliyyət göstərir:
"Ülvi müəllim bu ölkədə bir ildən az müddətdə çalışmasına baxmayaraq təcrübəli diplomat kimi ölkələrimiz arasındakı münasibətlərin daha da yaxınlaşması üçün xeyli işlər görmüşdür. Moldova kiçik dövlət olmasına rəğmən Avropaya çıxışımız baxımdan etibarlı körpü rolunu oynaya bilər."- deputat deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
