Sonra Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev təklif olunan dəyişikliklər barədə deputatlara məlumat veriblər. Onlar kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin və kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşasının (quraşdırılmasının) tənzimlənməsinin sənəddə təklif olunan çevik mexanizmləri barədə danışıblar. Qeyd olunub ki, qanun layihəsi yalnız kənd təsərrüfatı yerlərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün tikinti obyektlərinin həyata keçirilməsini nəzərdə tutur.
Sənədin müzakirəsində komitə sədrinin müavini Sabir Hacıyev, komitə üzvləri Cavanşir Paşazadə, İqbal Məmmədov, Azər Badamov, Emin Hacıyev layihədə təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər, bəzi fikir və qeydlərini səsləndiriblər.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyev və Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deputatların qaldırdıqları məsələlər aydınlıq gətiriblər, suallarını cavablandırıblar.
Müzakirənin sonunda qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
