Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir
Siyasət
7-04-2024, 22:38
234
Qardaş Türkiyə respublika quruluşuna nail olmaq üçün uzun və şərəfli bir yol keçmişdir. 1919-cu ildə başlayaraq Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurtuluş savaşı aparan türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Bu zəfərin qazanılmasında türk xalqı ilə yanaşı, Azərbaycan xalqı da iştirak etmiş, şəhidlər vermişdir. 1923-cü il oktyabrın 29-da isə müstəqil Türkiyə Respublikasının yaradılması bütün dünyaya bəyan edildi.Tarixə nəzər salsaq görərik ki, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının - ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
İlkin Məmmədov Goygöl rayonu "Qızil Qaya" qəsəbə nümayəndəsinin muavini