Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verilir.
Bildirilib ki, Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan terrorçular insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib. Terror zamanı 139 nəfər həlak olub.
