Ermənistanın və onun havadarlarının “etnik təmizləmə”, “Azərbaycanın yeni müharibə istəyi” adı altında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş hərəkətlərini və ölkəmizə qarşı yalan kampaniyasını pisləyən Sahibə Qafarova diqqətə çatdırıb ki, keçən ilin sentyabr ayında həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra ərazilərə səfər etmiş 3 BMT missiyası, mülki infrastruktur və dinc əhali arasında heç bir itki qeydə almayıb. Milli Məclisin sədri Sahibə Qafarova təəssüflə qeyd edib ki, bəzi dövlətlər və bəzi beynəlxalq təşkilatlar, xüsusən, AŞPA işğal dövründə 750 000 keçmiş məcburi köçkünümüzün hüquqlarının bərpa edilməsi ilə bağlı heç vaxt danışmayıb. Bu gün isə onlar Ermənistandan olan 250 000 azərbaycanlı qaçqının hüquqlarından danışmaqdan imtina edirlər.