Bunu Milli Məclisin bu gün-noyabrın 14-də keçirilən iclasında "2024-cü ilin Dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Aydın Hüseynov səsləndirib. O, əlavə edib ki, hazırda müzakirə etdiyimiz 2024-cü ilin dövlət büdcəsi də məhz, bu prioritetlərə söykənir və hədəfləri özündə ehtiva edir. Ümumən büdcə nə deməkdir? Büdcə dövlətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün pul vəsaitlərinin yığılması və onun istifadə olunması deməkdir. Cənab prezident İlham Əliyev dövlət vəzifələrini xalqın ümumi istəyinin, arzularının səviyyəsində və milli maraqlar səviyyəsində artıq müəyyənləşdirmişdir. Bu milli maraqlar nədən ibarərdir? Milli maraqlar ordumuzun daha da güclənməsi, ata baba yurdundan didərgin düşən soydaşlarımızın tez bir zamanda möhtərəm Prezidentimizin, Ali Baş Komandanımızın polad iradəsi ilə işğaldan azad olunmuş ata-baba yurdlarına qayıdılmasıdır:
"Bizim digər prioritetlərimiz sosial sahələrədi. Bütün bu prioritetlər bütün bu istiqamətlər mövcud dövlət büdcəsində öz əksini tapıbdır. Digər tərəfəndən dövlət büdcəsinin tərtib olunması, onun geniş ictimaiyyətə çatdırılması istiqamətində də möhkəm bir institut formalaşıb. Bu institutda Azərbaycan Respublikasının Maliyyə nazirliyi, İqtisadiyyat Nazirliyi, eləcə də Hesablama Palatasıdır. Yəni, bu 3 institut dövlət büdcəsinin gəlirlərinin formalaşması, xərclərinin yüksək tərzdə həyata keçirilməsini, eyni zamanda bu xərclərə nəzarətin həyata keçirilməsini və geniş auditoriyalarda ictimaiyyətə çatdırılmasını təmin edir.
Xanım sədr, məhz Sizin təşəbbüsünüzlə müzakirələrin keçirilməsi, ictimai dinləmələrin aparılması büdcəmizin ictimaiyyətə çatdırılması istiqamətində görülən ən böyük işlərdən biridir ki, bu gün geniş ictimaiyyət büdcəmizlə tam məlumatlıdır.
Cənab Baş Nazirmizin burda iştirakı fürsətindən istifadə edib bir məsələ ilə bağlı fikrimi səsləndirmək istərdim. Əlbəttə, dövlət büdcəsində əsaslı xərclərin olması elə məşğulluğun başlıca bir formada təmin olunması deməkdir. Buna görə də biz satınalmaarla bağlı yeni qanun qəbul etdik. Bu satınalmalar prossesinin həyata keçirilməsində, bu prosedurlarda iş yerlərinin önəmli olması əsas təşkil edir. Dövlət sifarişləri əsasında həyata keçirilən xərclərdə podratçı təşkilatlara digər üstünlüklərlə yanaşı, orda kim çox iş yerlərini yarada bilirsə və həmin vəsaitlər hesabına daha çox işçi cəlb edə bilirsə, hesab edirəm ki, həmin podratçılara daha çox üstünlük verilməlidir.
Toxunacağım digər məsələ isə Qaradağ rayonu ilə bağlıdır. Bayaq qeyd eydim seçicilərlərimizin fikrini. Sanqaçal yolunun üstündə keçmiş İpək yolu üzərində yerləşən abidə var; Karvansaray abidəsi. Bu tarixi bir abidədir. Baxımsızlıq üzündən həmin abidənin artıq aşınması gedir. Abidənin Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilməsi və bərpa olunması istiqamətində işlərin görülməsi hər birimizin ürəyincə olar."- Deputat deyib.
Bəradər
Atributinfo.az
