Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya səfərə gəlib

    Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 9-da Rumıniyanın paytaxtı Buxarest şəhərinə rəsmi səfərə gəlib.
    Nümayəndə heyətinə Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri – parlamentin komitə sədri Musa Quliyev, deputat Aqiyə Naxçıvanlı və digər rəsmi şəxslər daxildirlər.
    Buxarestin “Henri Koanda” Beynəlxalq Hava limanında nümayəndə heyətini Rumıniya Parlamenti Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suşu, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov və digər rəsmi şəxslər qarşılayıblar.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ