
"Atributinfo.az" xəbər verir ki, öncə görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Vüqar İsayev görüşdə çıxış edərək əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlətçilik prinsiplərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətlə inkişaf etməsini diqqətə çatdırdı və bu hərtərəfli inkişafda Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu vurğulayaraq, Azərbaycanın regionda güc mərkəzinə çevrildiyini qeyd etdi. YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır.
Rayon təşkilatının sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulamış, postmüharibə dövründə partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının daha yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu qeyd etmişdir.
O, bildirmişdir ki, bu gün Azad Qarabağda geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. 30 ildir köşkün həyatı yaşayan soydaşlarımız yüksək səviyyədə qurulmuş öz doğma evlərinə qayıdır. Eyni zamanda həmin ərazilərdə yaşayan erməni milliyyətindən olan mülki şəxslərə də Azərbaycan Respublikasının vətəndaşı olaraq, lazımi həyat şəraitinin yaradılacağı təklif olunur, reinteqrasiya məsələləri müzakirə edilir və bu gün beynəlxalq hüquqa uyğun olaraq atılan düzgün və ədalətli addımlar öz nəticələrini verir.
Vüqar İsayev partiya üzvlərinə Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin, çıxış və nitqlərindən irəli gələn vəzifələrin, verdiyi Fərman və Sərəncamların əhali arasında geniş təbliği və izahı istiqamətində görüləcək işlər barədə konkret tapşırıq və tövsiyyələrini verdi.
Görüşdə çıxış edən Ərazi Partiya təşkilatının fəallarından Qabil Mehdiyev, Gülxanım Quliyeva və digərləri Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və səmərəli fəaliyyətindən bəhs edərək, partiya üzvlərinin bundan sonra da, YAP-ın Proqram və Nizamnamə tələblərinə ciddi əməl etmələrini əsas vəzifə kimi qəbul etdiklərini bildirib, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının üzvləri olaraq Azərbaycanımızın daha da inkişaf etməsinə, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması üçün xalq-iqtidar birliyinin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğuladılar. Bütün çıxış və nitqlərdə insanlara göstərilən yüksək dövlət qayğısı xüsusi olaraq vurğulanaraq, Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olundu.
Sonda Vüqar İsayev görüş iştirakçılarının fikir və təkliflərini dinlədi. Sakinlər tərəfindən kəndə gələn yola asfalt örtük salınmasına və sürətli internet xəttinin çəkilməsinə zərurət olduğu bildirildi. Qaldırılan məsələlər qeydə alındı və həlli yolları ilə bağlı müzakirələr aparıldı.
Zahir Məmmqdov
"Atributinfo.az"

