Sizin reklam burada
Sizin reklam burada
  • Ərdoğan sabah Bakıya gəlir

    Atributinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr Türk Respublikasına səfər edəcək.
    Bu barədə “TRT Haber” məlumat yayıb.
    Ermənilər mövqelərimizi 19 dəfə atəşə tutub
    Qanunsuz erməni silahlı dəstələrinin bu cəhdinin qarşısı alındı
    Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüşəcək. Türkiyənin Kipr problemi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı çıxış edəcəyi gözlənilir.
    Qeyd olunub ki, Türkiyə liderinin xaricə səfərləri bu gündən başlayır.
    Həmçinin əlavə olunub ki, Ərdoğan sabah Azərbaycana səfər edəcək.
    Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Ölkə liderləri Ankara ilə Bakı arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələsini müzakirə edəcəklər.
    Azərbaycan və Türkiyə Prezidentləri həmçinin Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər.
    Qafqaz regionunda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ