Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq tədbirdə

    Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Tural Gəncəliyev Avropa İttifaqı–Rusiya/MDB Qabaqcıl Tədqiqatlar və Müqayisəli Təhlil üzrə Beynəlxalq Mərkəz (ICEUR) tərəfindən təşkil olunmuş tədbirdə iştirak etmək üçün iyunun 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.
    Tədbirdə “Azərbaycan və Ermənistan: münaqişədən sonrakı normalaşmaya doğru” mövzusunda müzakirələr aparılacaq.
    Səfər iyunun 7-də başa çatacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ