Sizin reklam burada
Sizin reklam burada
  • Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Sabir Hacıyev mayın 23-də Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərinə səfər edəcək.
    Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində Ufa Dövlət Neft Texniki Universitetində Heydər Əliyev adına auditoriyanın açılışı olacaq. Bununla yanaşı, Başqırdıstan parlamentində bir sıra görüşlərin və tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
    Səfər mayın 30-da başa çatacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ