Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyənin paytaxtı Ankarada Ulu Öndərin 100 illik yubileyi qeyd olunacaq

    Türkiyənin paytaxtı Ankarada Ulu Öndərin 100 illik yubileyi qeyd olunacaqMilli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mayın 2-də Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edəcək.
    Deputatımız mayın 3-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Ankarada keçiriləcək tədbirlərə qatılacaq. Tədbirlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə danışılacaq, onun Azərbaycanın dövlətçilik tarixindəki rolundan və türk dünyası qarşısındakı müstəsna xidmətlərindən bəhs ediləcək. Yubiley tədbirləri çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək, film nümayış olunacaq.
    Səfər mayın 4-da başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ