Hörmətli həmkarlar, bildiyiniz kimi, sabah biz Qadınlar Gününü qeyd edəcəyik.
Onu da qeyd edim ki, Azərbaycanda tarixin bütün dövrlərində qadınlar böyük hörmət və qayğı ilə əhatə olunmuşlar. Yaxşı bilirik ki, Ana həmişə müqəddəs varlıq sayılmışdır.
Azərbaycan qadınının boya-başa çatdırdığı qəhrəman övladlar 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşatmışlar.
Hörmətli həmkarlar, icazə verin, 8 Mart – Qadınlar Günü münasibəti ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu ünvanlayaq, ona dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayaq. (Alqışlar.) Çox sağ olun.
Hörmətli həmkarlar, mən bayram münasibəti ilə Milli Məclisin qadın deputatlarını və əməkdaşlarını, buradan iclasımızı işıqlandıran jurnalist xanımları, bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edirəm. Onlara möhkəm can sağlığı, firavanlıq və ailə səadəti arzulayıram.
