"Atributinfo.az" xəbər verir ki, ötən gün Milli Məclisin deputatlarından Sadiq Qurbanov, İltizam Yusifov, Məşhur Məmmədov, Əliabbas Salahzadə və Anar Məmmədov Bakı şəhərində tullantıların idarə edilməsi və təkrar emal prosesi ilə tanışlıq məqsədi ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrində olmuşlar. Qeyd edək ki, bura Balaxanı bərk tullantıların çeşidlənməsi, yandırıllması zavodu və Balaxanı Sənaye Parkı daxildir.
Tanışlıq zamanı çox möhtəşəm və uğurla icra edilmiş bir layihənin şahidi olan parlamentarilərə burada bərk məişət tullantılarının çeşidlənərək təkrar emal edilməsini və sonradan Balaxanı Sənaye Parkında məhsul istehsalına yönləndilməsini söyləyən rəhbərlik, eyni zamanda məhsulun qalan hissəsinin yandırılıb zərərsizləşdirilərək əvəzində elektrik enerjisi istehsal olunmasından danışmışdır.
İdarə Heyətinin sədri Etibar Abbasov, eyni zamanda millət vəkillərinə fəaliyyətləri haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, il ərzində “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təhvil verilən 800 min tona qədər bərk məişət tullantılarının 500 min tona qədəri bu zavodda yandırılaraq zərərsizləşdirilib və nəticədə 200 milyon KVt / saata qədər elektrik enerjisi istehsal edilib. Hazırda Balaxanı Sənaye Parkında 1000-dən çox işçi çalışır.
Görüşdə Bərk tullantıların idarə edilməsi sahəsində gələcəkdə bölgələrdə ümumi Azərbaycanı əhatə edəcək perspektiv planlardan, bu sahədə ölkəmizdə qəbul edilmiş proqramların gələcək icrası və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Bəradər
"Atributinfo.az"
