Sessiyadan əvvəl Avronest PA Bürosunun iclasında Belarus, Azərbaycan və Gürcüstana qarşı hazırlanmış, Ermənistan nümayəndə heyətinin xüsusu canfəşanlıq göstərdiyi qətnamə rədd edilib. Qətnamənin mövzusu “Siyasi dustaqlar” olsa da, mətndə Azərbaycanın guya mövcud olan “erməni dustaqları” azad etməsinə çağırış yer alırdı.
Azərbaycan, Gürcüstan, Ukrayna nümayəndə heyətlərinin məntiqi izah və mövqeyindən sonra, Ermənistan nümayəndə heyətinin etirazlarına baxmayaraq, iştirakçıların yekdil qərarı ilə qətnamə rədd edilib.
