Bu fikirləri Milli Cəbhə Partiyasının (MCP) sədri,
Milli Məclisin deputatı Razi Nurullayev "Atributinfo.az"-a açıqlamasında bildirib.
Deputat əlavə edib ki, bu tələbələr Azərbaycan vətəndaşlarıdır, planlaşdırlmamış təbii fəlakətin nəticəsində bu ağır vəziyyətə düşdülər. Tələbənin pulu olmur, hər zaman maddi dəstəyə ehtiyacı var. Ona görə də hökumət bununla bağlı qərar verib, onları pulsuz olaraq çarter reysləri ilə Azərbaycana gətirməlidir. Onlar bizim vətəndaşlarımızdır, niyə biz onlardan pul güdməliyik?
"Bu gün Azərbaycan vətəndaşları, hökumət səfərbər olaraq Türkiyəyə kömək edir. Biz səfərbər olub tələbələrimizi də ölkəyə gətirək. Onları gətirməyə dövlətimizin gücü yoxdurmu? Təbii ki, var. Sadəcə təşkil etmək lazımdır. Bununla bağlı çox ciddi tədbirlər görülməlidir. Onların ölkəyə gətirilməsi pulsuz təşkil edilsə, dövlətimiz, xalqımız adına şərəfli bir iş olar."-deputat bildirib.
Bəradər
"Atributinfo.az"
