Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib

    Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir.
    Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində Moskva şəhərinin “Aleksandr” bağına gələrək, burada “Naməlum əsgər” məzarının önünə əklil qoyub.
    Qeyd edək ki, Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Adil Əliyev, komitə sədrləri Ziyafət Əsgərov və Bəxtiyar Əliyev, deputatlar – Nizami Səfərov, Əminə Ağazadə, Sevinc Hüseynova, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ