Sizin reklam burada
Sizin reklam burada
  • Deputat muzakirə olunan qanun layihəsi ilə bağlı təklif irəli sürdu

    Deputat muzakirə olunan qanun layihəsi ilə bağlı təklif irəli sürdu"Əlbətdə, qəbul olunan qanunların hər biri vacibdir və bütövlükdə biz burda hansı qanunları müzakirə edirik, qəbul ediriksə, cəmiyyətdən, proseslərdən irəli gələn məsələlərdir ki, hazırda müzakirə etdiyimiz "İnzibati Xətalar Məcəlləsinə dəyişiklik haqqında" qanun layihəsi də məhz həmin qəbildəndir."
    Bu fikirləri Milli Məclisin bu gün kecirilən plenar iclasında "İnzibati Xətalar haqqında" qanun layihəsinə dəyişikliklə bağlı çıxış edərkən, millət vəkili Aydın Hüseynov dedi.
    O, əlavə etdi ki, "Mən bir məsələ ilə bağlı istərdim Nizami müəllimlə fikirlərimizi bölüşdürək. İnzibati cərimə ödənilmədikdə, cərimənin ödənilməsi üçün həmin fiziki şəxsin işlədiyi müəssisədə əmək haqqından tutulması və yaxud da təqaüdündən, pensiyasından tutulması üçün həm əmək haqqı harda ödənilir, qərarın surəti o müəssiyə göndərilir, eləcə də pensiya harda təyin olunursa, həmin orqana göndərilir. Düzdü, əmək haqqı ilə tutulma məsələsi ola bilər. Sadəcə olaraq əgər bu cərimə dövlətə vurulan hər hansı bir ziyan müqabilində deyilsə və yaxud da hər hansı bir konkret şəxsə vurulan ziyan müqabilində müəyyən olunmuş cərimə deyilsə, digər inzibati cərimələrdirsə, tutaq ki, yol keçərkən hər hansı bir qaydaları pozarkən yaranmış cərimədirsə, bu pensiya və təqaüdə istiqamətlənməsin, səxsin digər gəlirlərinə istiqamətlənsin. Bu həm həssas məsələ olduğu üçün, həm də elə hallar olur ki, məsələn, şəxs aylıq pensiyası ilə öz büdcəsini formalaşdırmış olur. Təbii ki, burda onu ödəməyən şəxsin cərməsindən söhbət gedir. Yəni, bu göndərir, lakin cərimənin ödənilməsi təmin olunmursa, həmin cərimə o vəzifəli şəxsə yönəldilir. Sadəcə olaraq vəzifəli şəxsin özü də cərmələnməsin deyə, o, prosesi surətləndirir. Ona görə məncə, burda təqaüd və pensiya ilə bağlı bəndlərə bir az həssas yanaşılması daha məqbul hesab olunardı."

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ