İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında parlament sədrini Azərbaycanın Özbəkistandakısəfiri Hüseyn Quliyev və Özbəkistan Respublikasının rəsmi şəxsləri qarşılayıblar.
Spiker Sahibə Qafarova səfər çərçivəsində Qadın Parlament Sədrlərinin 14-cü Sammitinin tədbirlərinə qatılacaq, sessiyada çıxış edəcək və sammitdəiştirak edən nümayəndə heyətlərinin rəhbərləriilə bir sıra görüşlər keçirəcək.Sammitin sonunda tədbirin yekunlarına dairDaşkənd Bəyannaməsi qəbul olunacaq.
İşgüzar səfər sentyabrın 10-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
