...Xatırladım ki, bir sıra rayonlarda xeyli pambıq əkilib. O Pambıq mahlıca çevrilib xarici ölkələrə satılıb və sonra özümüzə bir neçə dəfə baha qiymətə geri göndərilir. Əzab əziyyətlə, suvarma suyu üzərində dava-dalaş apara-apara yetişdirdiyimiz pambığı niyə son məhsula çevirə bilmirik? Ola bilsin ki, bəzilərinə sərf edir çünki, elə mahlıcdan da əziyyətsiz pul qazanmaq olar. Bu da olsun onlarla adam, bəs, 100 minlərlə qalan insanlar? Hazır mahlıcın məhsula çevrilməsi üçün onlarla fabrik qurulsa, 10 minlərlə vətəndaşımız işlə təmin edilər və ixracımız artar, pambıqçılarda da böyük həvəs yaranar. Bir ara Mingəçevirdə belə bir müəssisələrin yaradılması üçün iş aparıldı, amma var, yoxdu həqiqəti deyim ki, bunu bilmirəm və cənab prezident hər dəfə pambıq müşavirələrində bununla bağlı çox diqqət və qayğı ilə danışır. İmişlidə səfərdə olan zaman yeni bir pamdıq toxunma və emalı məntəqəsi tikildiyini gördüm. Bu il həmin məntəqə işə başlayacaq və kənd sakinlərindən azı 70-80 nəfər də bu fabriklərdə işləyəcək. Sevindiricidir ancaq burada hazırlanacaq mahlıcdan son məhsullar alınması üçün əlavə fabriklər də tikilərsə, 1000-lərlə iş yeri ola bilər. Amma bu sahədə sahibkarlara ciddi dövlət dəstəyi lazımdır. Bu məsələni niyə həll edə bilmirik? Bir neçə il də gözləyək ki, dəyər zənciri yaradılsın? Ola bilməz ki, bizdə bu sahəni bilən mütəxəssis olmasın. Ola bilər ki, həmişə olduğu kimi iş başında bu işi bilənlər yoxdu, amma kiminsə xatirinə önə çıxanlar var. Bu sahədə ilk köməkliyi aidiyyətı qurumlar göstərsə, çox yaxşı olar. İş adamlarına stimul və dövlət dəstəyi lazımdır ki, onlar bunu etməyə həvəsli olsunlar, bizneslərini itirməyə qorxmasınlar, çəkinməsinlər ki, əllərindən alarlar ya da biri gəlib vəzifəsindən sui-istifadə edib ağır şərtlər qoyar. Keyfiyyətli tirkotaj sahəsi qardaş Türkiyədə, Hindistanda, Vyetnamda, Banqladeşdə gözəl inkişaf edib. Elə Banqladeş dünyanın yarısının brendlərini tikir. Hər dalanda bir tikiş fabriki var. Təklif edirəm ki, biz elə Banqladeşdən, Vyetnamdan, Pakistandan mütəxəssislər cəlb edək, burda fabrik qursunlar. Təklif edirəm ki, bu təklif hökümət səviyyəsində bir daha müzakirə olunsun və biz əziyyətlə yetişdirdiyimiz pambıqdan öz bredlərimizi yaradıb xarici bazarlara çıxara bilək və yerli bazarlarda da iş yerləri yarada bilək.
"Atributinfo.az"
