Sizin reklam burada
Sizin reklam burada

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasındaİyunun 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.
Komitə sədri Sadiq Qurbanov bildirib ki, iclasın gündəliyinə “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi daxil edilib. Komitə sədri sənəd barədə ətraflı məlumat verib.
Müzakirələr zamanı komitə üzvləri İltizam Yusifov, Asim Mollazadə, Naqif Həmzəyev, Nəsib Məhəməliyev, Əliabbas Salahzadə, Fatma Yıldırım Sazişlə bağlı fikirlərini bildiriblər.
İclasın sonunda sənəd Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.
Onlayn iclasda deputatlardan Anar Məmmədov, Afət Həsənova və Məşhur Məmmədov da iştirak ediblər.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ