Sizin reklam burada
Sizin reklam burada
  • Razi Nurullayev: -"İmkanlı köçkünlər Qarabağda məskunlaşmağa cəlb edilsin!"

    Razi Nurullayev: -"İmkanlı köçkünlər Qarabağda məskunlaşmağa cəlb edilsin!"Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. Millət vəkili Razi Nurullayev həmişə olduğu kimi, bu dəfə də çıxış edərək bir sıra diqqət çəkən məqamlara toxundu. Çıxışı nöqtəsinə, vergülünə toxunmadan təqdim edirik.
    -Şuşa Bəyannaməsinin birilliyinə həsr olunmuş və Şuşada keçirilən beynəlxalq konfransı yüksək dəyərləndirirəm. 3 məqama görə.
    Birincisi, müxalifətlə iqtidar arasında münasibətləri daha da sivilləşdirdi, İkincisi, Vətən müharibəsində iqtidar və müxalifətin milli məsələlərdə bir olduğunu heç də sarsılmadığını, əksinə daha da gücləndiyinin göstəricisi oldu, bu isə özlüyündə aramızda zəif bənd axtarışını puça çıxarır. Üçüncüsü, Türkiyə müxalifət nümayəndələrinin iştirakı prossesi Türkiyə iqtidar- müxalifət, Azərbaycan iqtidar- müxalifət prossesinə çevirməklə bütün çevrəmizə və dünyaya güclü mesaj göndərmiş olduq. Prosesin bu şəkildə getməsindən mənunuq. Zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm. Birliyimiz heç sarsılmasın.
    İndi isə digər vacib bir məsələ barədə; Qarabağda gözəl quruculuq işləri gedir. Buna da şox sevinirik. Maşallah, azad olunan ərazilər də çox böyükdür. Bu boyda ərazinin bərpasını dövlətin öz gücü ilə etməsi uzun zaman çəkə bilər, həm də bu yükün hamısını dövlətin çəkməsi zənnimcə doğru yanaşma deyil. Bu xərclər büdcənin üzərində ciddi yük olur. Dövlət yalnız ehtiyacı olanlara ev tiksin, şəhərləri salsın, bina evlərini tiksin, kəndlərin tikintisi layihələndirilsin. İmkanlı köçkünələr Qarabağda məskunlaşmağa cəlb edilsin. Aidiyyəti qurum layihələri həyata keçirilməsinə, standartlara və təsdiq olunmuş layihələrə uyğun kənd evlərinin biznes obyektlərinin tikintisinə nəzarət etsin. Xalq birbaşa Qaradağa məskunlaşmaya cəlb olunsun. İnanıram ki, işğaldan azad olan hər bir rayon və şəhərin əhalisinin 30 faizinin öz evini tikməyə gücü çatar. Dövlət yalnız infrastruktur layihələri həyata keçirməlidir. Tikinti materialları bazarı yaratsın. Qarabağda olan tikinti materiallarının istehsalı və satışı üçün böyük layihələrin həyata keçməsi üçün iş adamlarına kredit verib, istehsal və satışına kömək edə bilər. Bunu edəriksə, inanıram ki, 3 il ərzində Qarabağa əsasən insanları məskunlaşdıra bilərik. Mən aidiyyəti qurumlara müraciət edirəm ki, əgər belə planları varsa, Milli Məclisin deputatlarını da məlumatladırsınlar. Fikir irəli sürülə bilər ki, cənab prezident icazəsiz bir daşın daş üstünə qoyulmamasını tapşırıb və bunu dəstəkliyirəm. Elə Bakı və Bakı ətrafının xaosu gözümüz önündədir. Prezident bunu deyib, necə gəldi tikinti yox, ancaq və ancaq planlı, təsdiq olunmuş layihələr üzrə tikintilər aparıla bilər. Mən də bunu təklif edirəm. Təsdiq olunmuş layihələr üzrə imkanlı şəxsər özlərinə qohum əqrabasına ev tikməyə imkan verilsin. Təbii ki, çalışaq ki, bunlar birinci ev olsun, daha tikib, qapısını bağlayıb şəhərə qayıtmasınlar. Hərçənd ki, bunu da qadağan etmək doğru olmaz. Mən xeyli insan tanıyıram ki, Bakıda evini, biznesini satıb orada ev tikmək istəyir.

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ