Sizin reklam burada
Sizin reklam burada
  • Ermənilər bunu Heydər Əliyevin Qarabağ məsələsində ən böyük qələbəsi sayırlar

    Ermənilər bunu Heydər Əliyevin Qarabağ məsələsində ən böyük qələbəsi sayırlar Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu , onun ən böyük tarixi  nailiyyətini müstəqilliyini təmin etdi. Həmin gün xalqın inadlı tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin Sədri seçilir. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibə və parçalanma təhlükəsindən xilas oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ülu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa  olundu.
    Heydər Əliyevin yürütdüyü siyasət respublikanı informasiya blokadasından  çıxartdı. Dünyada ölkəmizlə bağlı formalaşan fikri müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi.  Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
    Ermənistanın bir çox dairələri Qarabağdakı işğal rejiminin danışıqlar prosesindən çıxarılmasını və Qarabağ danışıqlarının Azərbaycan
    Ermənistan formatında aparılmasını Qarabağ klanının ən böyük məğlubiyyəti sayırlar. Onların fikrincə, bir neçə dəfə Robert Koçaryanla görüşmüş Heydər Əliyev ustalıqla Qarabağ işğal rejimini danışıqlardan maksimum uzaq tutmağı bacarıb. Ermənilər bunu Heydər Əliyevin Qarabağ məsələsində ən böyük qələbəsi sayırlar.
    Bu məsələdə müəyyən qədər haqlıdırlar, çünki Heydər Əliyevə qədər qərb dövlətləri - ABŞ, Britaniya və s. hətta Azərbaycan torpaqlarının Rusiya silahlıları tərəfindən alınıb Ermənistana verildiyini bilsələr də, Dağlıq Qarabağı ayrıca subyekt kimi görməyə meylli idilər və ABŞ Konqressində Azərbaycana qarşı 907-ci düzəliş də bu məntiqlə qəbul edilmişdi. Hətta, BMT-də qəbul edilmiş 4 qətnamədə belə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən deyil, erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi bildirilir. İşğalçı kimi Dağlıq Qarabağa məxsus erməni qüvvələri göstərilir, işğal ərazisi kimi də Dağlıq Qarabağ ətrafındakı 7 rayondan bəhs edilirdi.  Rus politoloqlar bu fikirdədir ki, Qərb SSRİ-ni dağıtmaqda əsas rol oynamış Ermənistanı Qarabağla mükafatlandırmaq istəyirdi.
    Lakin Heydər Əliyev bunun qarşısını ala bildi və işğalın məhz Ermənistan tərəfindən edildiyini Qərb dövlətlərinə qəbul etdirə bildi. Təsadüfi deyil ki, 2001-ci ildə ABŞ prezidenti seçilmiş Corc Buş Konqresə məktub yazaraq Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında tutulduğunu, Ermənistanın işğalçı dövlət olduğunu nəzərə almağı xahiş etmişdi. Corc Buşun məktubu Qərbdə Ermənistanı işğalçı dövlət kimi tanıdan ilk rəsmi sənəd sayılır.
    Lakin Heydər Əliyev müharibənin gedişində də dönüş yaratmışdı. Onun ən böyük hərbi qələbəsi 1993-cü ilin dekabrında başlamış və 1994-cü ilin yanvarında başa çatmış Horadiz əməliyyatı idi. Həmin əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 20 kənd Azərbaycanın nəzarətinə qayıtdı. Ermənistan Silahlı Qüvvələri həddindən böyük itki verdi, indiyə kimi 15 min erməninin Horadizdə itkin düşdüyü deyilir, böyük ehtimalla ölən erməni əsgərlərin meyitləri Xankəndiyə aparılaraq orada yox edilib.
    Horadiz qələbəsi Ermənistanı atəşkəsə məcbur etdi, halbuki ermənilər Rusiyanın havadarlığından cuşa gələrək Xəzərə qədər çıxmaq, Kürlə Arazın arasını tamamilə nəzarətə götürmək planlarından danışırdılar.
    Həmin atəşkəsin Azərbaycanın inkişafına, hərbi qüdrətinin güclənməsinə səbəb olduğunu tarix bir daha göstərdi.

    İltizam Yusifov
    Milli Məclisin deputatı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ