İyunun 10-da Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ölkəmizə rəsmi səfərə gəlib.Heydər Əliyev Beynəlxalq Hava Limanında Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətiniMilli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Azərbaycanın Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.
Rəsmi səfər iyunun 13-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
