Sizin reklam burada
Sizin reklam burada
  • Sevinc Osmanqızının boş-boş danışığı nə vaxtadək davam edəcək?!

    Sevinc Osmanqızının boş-boş danışığı nə vaxtadək davam edəcək?! Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, ölkəmizin daha da güclü inkişafı, dünyanın inkişaf etmiş və güclü dövlətlərinin Azərbaycanla əlaqələri daha da genişləndirməsi özlərini müxalifət adlandıran şəxsləri dərin narahat edir. Möhtəşəm olmayan, “dünyaşöhrətli siyasi şərhçi” və “məşhur beynəlxalq icmalçı” Sevinc Osmanqızı ümummilli lider Heydər Əliyevi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevi ləkələməyə, qaralamağa çalışır. Nəticədə isə Sevinc Osmanqızı özü pis vəziyyətdə qalır. Ermənistan kimi terror və for-post dövləti demokratik dövlət, erməni faşistlərini isə məzlum xalq adlandıran Sevinc Osmanqızı öz xalqını da təhqir edir.
    Sevinc Osmanqızının söz pəhlivanları- “görkəmli hüquqşünas”, “keçmiş komsomol”, “fəal cəbhəkrat”, “mətin inqilabçı”, “məşhur Qərbşünas”, bir neçə yerə parçalanmış AXCP sədrlərindən biri Əli Kərimli, Əli Kərimlinin birinci müavini , qondarma “milli şura”nın sədri, “tarix elminin şahənşahı” , ABŞ əhalisinə dünya tarixini öyrədən “müasir Herodotçu” Cəmil Həsənli , Əli Kərimlinin mitinq etmək, özbaşınalıq yaratmaq üzrə köməkçisi Tofiq Yaqublu, “diplomatiya aləminin kralı” İsbəndiyar Vahabzadə, qatı ermənipərəstlər- Arif və Rmiz Yunus, ölkəmizə siyasi aksiya yeritməkdə ad qazanmış, “Azadlıq” qəzetinin sabiq baş redoktoru Qənimət Zahid və digərləri müstəqil, azad, inkişaf etmiş Azərbaycan haqqında , Prezident haqqında xalqa yalan və yanlış məlumat verməklə xalqı aldatmaq istəyirlər.
    Əgər kim Əli Kərimlinin yerində olsaydı, heç səsini çıxarmazdı. AXC-Müsavat cütlüyü Şuşanı və Laçını Ermənilərə verməklə hakimiyyətə gəldilər. 1992-1993-cü illərdə xalqa qan uddurdular. Sonra da Kəlbəcəri verdilər. Yalnız ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan məhv olmaqdan xilas edildi. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi qiyamçı-polkovnik Surət Hüseynov Əli Kərimli və onun silahdaşlarını güllələyəcəkdi. Ümummilli lider Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çıxartdı. Ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev isə erməni işğalına son qoydu. Ölkəmizin ərazi bütövlüyünü təmin etdi. İndi isə Avropa İttifaqından tələb edir ki, Azərbaycan xalqına qarşı soyqırımı törətmiş erməni faşistləri cəzalandırılsın. Sevinc Osmanqızı, Əli Kərimli, Cəmil Həsənli isə erməni lobbisindən və anti-Azərbaycan qüvvələrdən maliyyə yardımı alaraq ölkəmizə qarşı şər-böhtan kompaniyasını davam etdirirlər. Yaxşı ki, xalq onlara inanmır və inanmayacaq da. Çünki ölkəmizdə xalq-iqtidar birliyi möhkəm və güclüdür.

    Qəzənfər QASIMOV

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ