Sizin reklam burada
Sizin reklam burada

20 yanvar sadəcə faciə deyil, beynəlxalq cinayətdir

20 yanvar sadəcə faciə deyil, beynəlxalq cinayətdir 20 yanvar tarixi təkcə faciə deyil, eyni zamanda müstəqillik tariximiz üçün xalq əzmkarlığının, mübarizənin başladığı gündür. SSRİ-də 1985-ci ildə M.Qorbaçovun hakimiyyətə gəlişi ilə Azərbaycana və azərbaycanlılara qarşı xüsusi təcrid siyasəti dövrü başlamış oldu. Moskvada Heydər Əliyevə qarşı xüsusi böhtan kampaniyası başlamış, onu xalqın gözündən salmaq, hakimiyyətdən uzaqlaşdırmaq əslində Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana vermək siyasətinin ən əsas detalı idi.
Bütün bu hallar 1988-ci ildə ölkədə geniş milli-azadlıq hərəkatının başlamasına gətirib çıxartdı. 1990-cı ilin ilk günlərindən SSRİ tarixinin ən böyük siyasi böhranı başlamış oldu.Milli-azadlıq hərəkatı genişlənmiş,əhali azadlıq uğrunda mübarizəyə qalxmışdı. Bu mübarizə Azərbaycan xalqın müstəqilliyə aparan yolun başlanğıcı idi. 1990-cı il 19 yanvardan 20 yanvara keçən gecə heç bir məlumat verilmədən, fövqəladə vəziyyət elan olunduğu xalqa elan edilmədən Rus qoşunları Bakıya daxil olub Azərbaycan xalqına divan tutdu. Bu böyük faciə idi. Sadəcə faciə deyl, beynəlxalq cinayət aktı idi.
20 yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlıbilməlidir və unutmamalıdır. Bu hadisə Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir. Əfsuslar olsun həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan şəxslər 20 yanvar hadisələrinə siyasi qiymət verməyi bacarmadı ,əksinə hadisə dövründə və sonrasında sakit qalmağı seçdi.
20 yanvar hadisələrinə ilk hüquqi qiymət isə yenə də Ümumilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 21 Noyabr 1990-cı ildə qəbul edilmiş qərarda verilmiş oldu.
20 yanvar şəhidlərinin xatirəsi daim xalqımız tərəfindən uca tutulub. Hər il milyonlarla insan 20 yanvar şəhidlərinin xatirələrini yad edir, onların məzarlarını ziyarət edir.
Dövlət siyasətinin əsas prioritetlərindən biri olan şəhid adının uca tutulması, onların ailələrinə dövlət qayğısının daim artırılması məsələsidir. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 yanvar Şəhidi” fəxri adı təsis edilib. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb.Dövlət başçısının Fərmanı ilə 19 yanvar 2006-cı ildə “20 yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin” təqaüdü təsis edilmişdir.
Bugün xalqımız və dövlətimiz müstəqilliyimiz, torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda canından keçənlərin əziz xatirəsinin daim ən uca məqamda saxlayır, yad edir. Hər il 20 Yanvar günü saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, insanlar şəhidlərimizi ziyarət etmək üçün xiyabanlara axın edirlər.

Cəbi Quliyev
Milli Məclisin deputatı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ