Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclis Sədrinin müavini Adil Əliyev Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb

    Milli Məclis Sədrinin müavini Adil Əliyev Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb Martın 3-də Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman Komitəsinin sədri Adil Əliyev Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri BahromAşrafxanovla görüşüb.
    Sədr müavini qonağı salamlayaraq bildirib ki, ölkələrimiz arasındakı münasibətlər qədim köklərə malikdir. İki ölkə arasındakı əlaqələrin inkişafında dövlət başçılarının rolundan danışan vitse-spiker yüksək səviyyəlibelə səfərlər zamanıbir sıra mühüm ikitərəfli sənədlərin imzalandığını diqqətə çatdırıb.
    Görüş zamanı Adil Əliyev Səfirə onunölkəmizə təyin olunduğu2020-ci ilin Azərbaycan tarixinə Zəfər ili olaraq düşdüyünü,bu tarixə qədər Ermənistanın 30 ilə yaxın torpaqlarımızı işğal altında saxladığını, bir milyondan artıq həmvətənimizin məcburi köçkün kimi öz yurd-yuvalarından ayrı düşdüyünü xatırladıb. Bildirib ki,bu işğal faktı regionda sülhün və sabitliyin yaranmasının qarşısında əsas əngəl idi. 2020-ci il sentyabrın 27-də isə təmas xəttində düşmən növbəti dəfə təxribat törədərək mülki əhalinin yaşadığıəraziləri atəşə tutdu, nəticədəAzərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbə vurularaqErmənistan məğlubiyyətə uğradıldı. Bununla da 30 ildən sonra BMT Təhlükəsizlik Şurasınınqətnamələri icra edildi,ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Ümid edirik ki, Ermənistan bundan sonra təcavüz siyasətindən əl çəkəcək və regionda sülh bərqərar olacaq.
    Səmimi görüşə görə minnətdarlığını bildirən Özbəkistanın Azərbaycandakı səfiri BahromAşrafxanov ölkəmizdə müşahidə edilən hərtərəfli inkişafın təqdirəlayiq olduğunu deyib.Səfir Azərbaycanın ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Ağdam və işğaldan azad edilmiş digər rayonlara təşkil etdiyi səfərlərdən danışaraq diqqətə çatdırıb ki, o, həmin səfərlər zamanı Ağdam və işğaldan azad edilmiş digər ərazilərdə ermənilər tərəfindən tarixi abidələrə qarşı törədilmiş terroru, mədəni abidələrin dağıdılmasını şiddətlə qınayıb.Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
    Görüşdə ölkələrimiz arasında əlaqələrininkişafından məmnunluq bildirilib, parlamentlərarası əməkdaşlığın genişləndirilməsivə digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    Milli Məclis Sədrinin müavini Adil Əliyev Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ