Sizin reklam burada
Sizin reklam burada
  • Sevindirici haldır ki, ölkəmizin inkişaf strategiyası məhz bütöv Azərbaycan çərçivəsində reallaşacaqdır!

    Sevindirici haldır ki, ölkəmizin inkişaf strategiyası məhz bütöv Azərbaycan çərçivəsində reallaşacaqdır! Yusif Babanlı
    ADBTİA-nın prorektoru, professor

    Düşmənin yıxıb dağıtdığı şəhərlərimizin, kənd və qəsəbələrin yenidən qurulması, müasir səviyyədə təmir tikinti işlərinin aparılması, tarixi abidələrimizin bərpası ölkəmiz üçün qarşıda duran əsas məsələlərdəndir. Əlbəttə ki, bütün bunların yaxın gələcəkdə həyata keçməsi üçün hər bir azərbaycanlı bir olmalı, vətənimizin inkişafı naminə verilən hər qərarı bütün gücü ilə dəstəkləməlidir. Mən əminəm ki, biz milli birlik nümayiş etdirib düşmənə qalib gəldiyimiz kimi, yənədə vahid ideya altında birləşib Qarabağı yenidən qurub Azərbaycanı ideal dövlət kimi dünyaya təqdim edəcəyik. Düşmən tapdağından azad olan torpaqlarımızda milli tarixi və mənəvi dəyərlərimiz qorunmaqla görüləcək işlər bütün dünyaya nümunə olacaqdır.
    Bu həqiqətdir ki, hər bir inkişaf etmiş güclü dövlətin yüksəlişində siyasi liderlərin çox böyük rolu olub. Düzgün aparılan siyasət nəticəsində məqsədə ən ali səviyyədə nail olmaq olur. Azərbaycan da məhz elə dövlətlərdəndir ki, dövlət başçısının möhkəm iradəsi və siyasi ustalığı nəticəsində bütün sahələrdə güclü inkişafa nail olub və dünyada böyük nüfuz qazanmış ölkələr sırasındadır. Son zamanlar ölkə başçısının apardığı islahatlar və Azərbaycanın inkişafı naminə gördüyü işlər hər bir azərbaycanlı tərəfindən müsbət qarşılanıb alqışlanmaqdadır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan əldə edilən dividendlər dünyadakı böhranın Azərbaycan iqtisadiyyatına ciddi təsirinin qarşısını almaqdadır. Bunun nəticəsidir ki, ölkəmiz pandemiya ilə mübarizədə müsbət dinamika əldə edən dövlətlər sırasındadır. Bu gün ölkəmiz regionda təhlükəsizliyi təmin edən və dinamik inkişafa malik ölkə kimi öndədir. Azərbaycanın iqtisadi gücü və uğurlu inkişaf strategiyası tək ölkəmiz üçün deyil, region dövlətləri üçün də tənzimləyici funksiyanı yerinə yetirir və ölkəmizin etibarlı tərəfdaş olmasına böyük inam yaradır. Dost-qardaş dövlətlərlə yanaşı çox sayda dünya dövlətləri də Azərbaycan Prezidentinin qətiyyətli, humanizm prinsiplərinə əsaslanan siyasi fəaliyyətini nümunəvi addım kimi qiymətləndirir və hər zaman dəstək nümayiş etdirirlər. Ölkəmizin bütövlüyünü və inkişafını dəstəkləyən dost dövlətlərdən gələn mesajlar da bizə stimul verir ki, “dəmir yumruq” kimi birləşib hər zaman böyük uğurlara imzalar ataq. Əgər dövlətin təməli milli maraqlara və vətəndaş birliyninə söykənən dövlətçilik ənənələri üzərində qurulubsa o dövlət güclü və sarsılmaz olur. Qüdrətli Azərbaycan dövləti kimi!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ