Adil Əliyev Ermənistanın xüsusilə axşam saatlarında mülki əhalinin yaşadıqları evləri hədəfə almasını, cəbhə xətti ilə heç bir əlaqəsi olmayan və cəbhə xəttindən azı 60 km uzaqda yerləşən Gəncə şəhərinin Ermənistan tərəfindən vurulması, nəticədə mülki şəxslərin ölməsi və ağır yaralanmasını bildirmişdir. Habelə, Gəncə şəhərinə qarşı hücumla yanaşı Mingəçevir şəhərində baş vermiş hücuma da diqqət çəkən Adil Əliyev, Ermənistanın regionda təcavüzkar siyasəti həyata keçirməsini, sülhə qarşı ən böyük maneə olmasını bildirmişdir. Ermənistan tərəfinin hazırkı hakimiyyətinin əsas hədəfinin ölkəmizdə yaşayan, döyüş əməliyyatlarında iştirak etməyən və cəbhə xəttindən bəzən 100lərlə kilometr uzaqda yerləşən mülki əhalinin öldürülməsinin bütün növ beynəlxalq hüquq normalarının pozulması faktı olmasını bir daha Almaniya ictiamaiyyətinin diqqətinə çatdırmışdır.
Habelə, məqalədə Ermənistanın mülki Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi müharibə cinayətlərinin hazırki deyil, uzun müddətdir davam edən təcavüzkar siyasətinin davamı olmasını bildirmiş və daha əvvəllərdə mülki əhalinin Ermənistan tərəfindən öldürülməsinə diqqət çəkmişdir.
Ermənistanın apardığı təcavüzkar siyasətin dayandırılmasını, 1949-cu il tarixli Çenevrə Konvensiyası da daxil olmaqla bütün növ humanitar hüququn prinsiplərinin Ermənistan tərəfindən pozulmasına diqqət çəkərək, Ermənistanın Birləşmiş Millətlər Təşkilatının qəbul edilmiş 4 qətnaməsinin heç birinin bu vaxta qədər icra etmədiyini bildirmişdir. Ermənistan tərəfindən aparılan dağıdıcı, təcavüzkar siyasətə beynəlxalq ictimaiyyətində ədalətli qərar qəbul etməsinin lazımlığını bir daha bildirmişdir.
