Alimlər bu fərziyyəni “gecə yarısından sonra ağıl” adlandırıblar. Onlar hesab edirlər ki, insanın təbii bioloji saatı gecə vaxtı beynin emosional və davranış sistemlərinə təsir edir.
Tədqiqatlara görə, gecələr insanların mənfi fikirlərə və riskli davranışlara meyli artır. Bu isə yuxusuzluqla birləşəndə vəziyyəti daha da pisləşdirir. Məsələn, intihar və özünə zərərvermə halları gecə yarısı ilə səhər saat 6 arasında üç dəfə daha çox baş verir. Eyni zamanda, narkotik maddələrin istifadəsi və riskli qərarların verilməsi də gecə saatlarında artır.
Braziliyada aparılan araşdırma göstərib ki, gecələr opioidin dozadan artıq istifadəsi riski 4,7 dəfə çoxdur. Bu dəyişikliklərin səbəbləri hələ tam öyrənilməyib. Onlar, xüsusilə növbəli iş rejimində çalışan jurnalistlər, pilotlar və həkimlərin beyin fəaliyyətini daha dərindən araşdırmağın vacibliyini qeyd ediblər.
Tədqiqat “Frontiers in Network Psychology” jurnalında dərc olunub.
