Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 95,4 milyon manat və ya 15,3% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 106,1 milyon manat və yaxud 29,2% artaraq 470,003 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-iyun aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 65,5 manatı müştərilərə geri ödənilib.
Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 867,396 milyon manat məbləğində sığorta haqqı toplanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50,3 milyon manat və ya 6,16 faiz çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 549,682 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 117,5 milyon manat və ya 27,2 faiz artım deməkdir.
Sığorta bazarındakı müsbət dinamika Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində də diqqət mərkəzində olub.
