Bu barədə fondun baş meneceri Rasim Abdullayev "İqtisadi mövzularda yazan jurnalistlər üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlərə dair təlim"də deyib.
"İpoteka kreditlərini alanlarda 18–29 yaş qrupunun payı 33 faiz, 29–35 yaş qrupunun payı 34 faiz, 35 yaşdan yuxarı şəxslərin payı isə 33 faiz təşkil edir. Kreditlərdən yararlananların 67 faizi gənclər və gənc ailələrdir. Regionlarda (52 region) verilmiş ipoteka kreditlərinin payı isə 23 faiz təşkil edir. Ailə vəziyyətinə görə kredit alanların 67 faizi evli, 33 faizi subay şəxslərdir. Məşğulluq baxımından isə kreditlərin 42 faizi qeyri-dövlət sektorunda, 58 faizi dövlət sektorunda çalışan vətəndaşlara verilib", - deyə R.Abdullayev əlavə edib.
