“AzerGold”dan bildirilib ki, görüş zamanı QSC-nin sədr müavini dövlət şirkətinin fəaliyyəti, əldə etdiyi uğurları və ölkə iqtisadiyyatına töhfələri barədə ətraflı məlumat verib. Səhmdar Cəmiyyəti tərəfindən beynəlxalq standartlara uyğun qaydada təşkil edilən geoloji kəşfiyyat, hasilat, emal və mineral resursların idarə olunması istiqamətindəki işləri, hazırda icra edilən və perspektiv inkişaf mərhələsində olan layihələri qonaqların diqqətinə çatdırılıb.
İsmael Nabe çıxışında ölkəsi ilə Azərbaycan arasında iqtisadi və institusional əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. O, hasilat və geoloji kəşfiyyat istiqamətləri ilə yanaşı, kadr hazırlığı və təcrübə mübadiləsi sahələrində potensial əməkdaşlıq imkanlarına da xüsusi maraq göstərdiklərini qeyd edib.
Qvineyalı nazir ölkəsinin qlobal polad sənayesi üçün strateji əhəmiyyət daşıyan Simandou dəmir filizi layihəsi çərçivəsində təsis edilmiş Akademiyasında dağ-mədən və geologiya üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə Azərbaycanla əməkdaşlıq imkanlarının nəzərdən keçirilə biləcəyini diqqətə çatdırıb.
Görüşün sonunda tərəflər perspektiv əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və növbəti addımların planlaşdırılması məqsədilə hər iki tərəfdən məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəliblər. Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.
