Sizin reklam burada
Sizin reklam burada
  • AZPROMO WAIPA ilə investisiya təşviqi sahəsində təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparıb

    Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumunda (“PSF 2026”) İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) icraçı direktoru İsmail Erşahin ilə görüş keçirilib.

    AZPROMO-dan bildirilib ki, görüşdə agentlik ilə WAIPA arasında əməkdaşlığın cari vəziyyəti, investisiya təşviqi sahəsində təcrübə mübadiləsi və beynəlxalq platformalarda birgə iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.

    Qeyd olunub ki, AZPROMO-nun WAIPA-nın Mərkəzi Asiya üzrə növbəti dəfə regional direktoru seçilməsi agentliyin beynəlxalq investisiya təşviqi şəbəkəsində rolunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

    Tərəflər bir-birini təşkil etdikləri nüfuzlu beynəlxalq tədbirlərdə iştiraka dəvət ediblər. Bu xüsusda WAIPA tərəfindən iyunun 25-də Cenevrədə keçiriləcək investisiya təşviqi üzrə master-klas və 25-26 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2026”) qeyd edilib.

    Görüşdə, həmçinin qlobal investorlarla əlaqələrin genişləndirilməsi və “AIIF 2026"nın WAIPA-nın təşkil etdiyi beynəlxalq platformalarda təşviqi imkanları müzakirə edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ