Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Bunun çox yaxşı nümunəsinin işğaldan azad edilmiş ərazilərlə bağlı olduğunu bildirən nazir deyib: “Bu ərazilər dövlət büdcəsi üçün tamamilə yeni, həcmcə böyük sərmayə və xərc istiqamətidir. Amma biz iqtisadi baxımdan ona xərc deyil, investisiya kimi baxırıq. Çünki bu investisiya uzunmüddətli dövrdə, vətəndaşlarımızın qayıdışı, iqtisadi fəallığın bərpası və ərazilərin yenidən qurulması zamanı öz töhfəsini verəcək”.
