Agentliyin mətbuat xidmətindən bildirilib ki, yolların müəyyən hissələrində deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü xüsusi texnika vasitəsilə frezlənərək ərazidən kənarlaşdırılır.
Görülən təmir-bərpa işləri nəticəsində yolun hərəkət hissəsindəki mövcud problemlər tam aradan qaldırılır, nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti təmin edilir.
İşlərin tez bir zamanda yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
