Bu barədə IFSWF-in proqram direktoru Eline Sleurink bildirib.
O qeyd edib ki, Bakıya səfəri çərçivəsində ARDNF rəhbərliyi və fondun müxtəlif istiqamətlər üzrə komandaları ilə görüşüb.
Eline Sleurinkin sözlərinə görə, ARDNF portfelin dayanıqlılığı, ESG prinsiplərinin tətbiqi və insan kapitalının inkişafı sahələrində güclü institusional yanaşma nümayiş etdirir.
O qeyd edib ki, Azərbaycan 2009-cu ildə IFSWF-in ilk toplantısına ev sahibliyi edib və Santyaqo Prinsiplərinin hazırlanmasına töhfə verib.
