Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə rayonun təsərrüfatlarında “Azərtütün” ASC tərəfindən 73,8 hektar, “TES AGRO” şirkəti tərəfindən 150 hektar, “Zaqatala AGRO İndustry” MMC tərəfindən 40 hektar, fərdi istehsalçılar tərəfindən isə 186,2 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 6,7 min kvadratmetr sahədə istixanalar hazırlanıb.
