"Atributinfo.az" xəbər verir ki, Qax rayonunun Qorağan kəndində fəaliyyət göstərən “TURAN AQRO” Məhdud Məsuliyyətli Cəmiyyəti rayonda dənli bitkilərin emalı və fermerlərin texniki təminatı sahəsində qabaqcıl müəssisələrdən biri kimi tanınır.
Yüksək emal gücü və müasir texnoloji proseslər 2021-ci ilin mart ayından etibarən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayan müəssisə əsasən dənli bitkilərin, xüsusilə qarğıdalının qurudulması və emalı istiqamətində ixtisaslaşmışdır. Müasir qurutma avadanlıqları ilə təchiz olunmuş müəssisədə mövsüm zamanı saatda 10-15 ton qarğıdalı qurudulur ki, bu da məhsulun keyfiyyətinin qorunması və rəqabətqabiliyyətli xammala çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Kənd təsərrüfatına kompleks dəstək və xidmətlər “TURAN AQRO” MMC təkcə emal prosesi ilə kifayətlənməyərək, rayonun kənd təsərrüfatı zəncirində mühüm rol oynayır. Müəssisə tərəfindən xarici ölkələrdən yüksək məhsuldarlığa malik müasir qarğıdalı toxumları gətirilərək yerli təsərrüfatların istifadəsinə verilir. Müəssisə eyni zamanda gübrələrin, aqrokimyəvi preparatların və digər zəruri kənd təsərrüfatı məhsullarının alışı və satışı ilə məşğul olur ki, bu da fermerlərin xammala olan ehtiyacının operativ şəkildə qarşılanmasını təmin edir.
Məşğulluğun təmin olunması Müəssisənin fəaliyyəti həm də rayon sakinlərinin məşğulluğunun artırılmasına xidmət edir. Hazırda müəssisədə 13 nəfər daimi işçi stabil iş yeri ilə təmin olunmuşdur.
Dövlət tərəfindən sahibkarlar üçün yaradılan əlverişli şəraitdən səmərəli istifadə edən “TURAN AQRO” MMC gələcəkdə istehsal gücünü artırmağı və aqrar xidmətlərin dairəsini daha da genişləndirməyi hədəfləyir. Bu cür müəssisələrin fəaliyyəti rayonda əlavə daimi iş yerlərinin açılmasına, daxili istehsalın stimullaşdırılmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına birbaşa xidmət edir.
Bəradər,
Zahir
"Atributinfo.az"
