“Azeri Light” markalı neftin bir barelinin qiyməti 10,15 dollar və ya 10,6 faiz artaraq 105,58 dollar olub.
Qeyd edək ki, buna qədər Azərbaycan neftinin qiyməti 2008, 2011-2013, 2022, 2023-cü illərdə 100 dollardan yuxarı olub. Bu il martın 10-da isə 103 dollara satılan "Azeri Light"ın ən ucuz ticarət olunduğu dövr isə COVID-19 dövrünə təsadüf edir. Belə ki, həmin dövrdə Azərbaycan neftinin bir barelinin qiyməti 15,8 dollara satılıb.
