Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev Azərbaycan–Türkiyə İKT Biznes Forumunda çıxışı zamanı məlumat verib.
“Hazırda Afrikanın 18-dən çox ölkəsi ilə bu platformaların adaptasiyası və pilot layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar davam edir”, - deyə Salar İmaməliyev bildirib.
Salar İmaməliyev əlavə edib ki, Azərbaycanın rəqəmsal transformasiya sahəsində formalaşdırdığı praktik təcrübənin beynəlxalq miqyasda tətbiqi strateji prioritetdir və bu istiqamətdə real nəticələr əldə olunmaqdadır. İRİA rəsmisi vurğulayıb ki, Türkiyə şirkətləri ilə əməkdaşlıq Azərbaycanın rəqəmsal məhsullarının regional və qlobal bazarlarda mövqelərinin gücləndirilməsinə əlavə imkanlar yaradır.
