Sizin reklam burada
Sizin reklam burada
  • Ölkədən ixrac olunan neft koksunun həcmi azalıb

    Cari ilin yanvar-sentyabr aylarında ölkədən neft koksunun ixracı 6,8 faiz azalaraq 148 milyon 61,6 min ton təşkil edib.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 3,3 dəfə artaraq 44 milyon 737,3 min dollar olub.

    Xatırladaq ki, 2024-cü ilin eyni aylarında Azərbaycandan 158 milyon 861,6 min ton və ya 13 milyon 384,3 min dollar dəyərində neft koksu ixrac edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ