Bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional direktoru Natalia Mochu “Rəqəmsallaşmada yeni mərhələ” tədbirinin panel sessiyasında çıxışı zamanı deyib.
“Ötən il dünyada şəhər əhalisinin 83 faizi internetdən istifadə etsə də, kənd yerlərində bu göstərici 50 faizdən az olub. Azərbaycanda şəhər əhalisinin 94,6 faizinin internetə çıxışı olduğu halda, kənd yerlərində bu göstərici 82,1 faizdir. Bu isə dünya səviyyəsindən xeyli yüksək göstəricidir”, - deyə BTİ-nin direktoru Natalia Mochu vurğulayıb.
