Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan və Qazaxıstan auditin keçirilməsi ilə bağlı təcrübələrini bölüşüb

    Azərbaycan Hesablama Palatası ilə Qazaxıstanın Ali Auditor Palatası kvazi-dövlət sektorunda səmərəlilik auditinin aparılması məsələləri üzrə təcrübə mübadiləsi aparıblar.

    Birgə tədbir praktiki seminar formatında keçirilib. Qazaxıstanlı auditorlar azərbaycanlı həmkarlarına yoxlamaların planlaşdırılması, iş çərçivəsində hansı sənədlərə və dövlət auditi sahəsində hansı normativ-hüquqi aktlara əsaslandıqları barədə məlumatlar veriblər.

    Öz növbəsində Hesablama Palatasının nümayəndələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinin aparılması barədə ətraflı danışıb, qazaxıstanlı həmkarlarının suallarını cavablandırıblar.

    Tərəflər canlı formatda auditorların üzləşdikləri çətinlikləri, həlli yollarını, həmçinin yoxlama tədbirlərinin səmərəliliyinin artırılmasını müzakirə ediblər.

    Qeyd edək ki, bu cür tədbirlər 2024-2026-cı illər ərzində Qazaxıstanla Azərbaycan arasında dövlətlərarası kompleks inkişaf proqramlarının icrası çərçivəsində daim keçirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ