İclasda Komissiyanın Katibliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsinin məsul nümayəndələri və özəl sektorun və biznes assosiasiyalarının təmsilçiləri iştirak ediblər.
Görüş çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən altqrupun yanvarın 27-si iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyətinə dair müzakirələr aparılıb.
Bununla yanaşı, ötən iclas zamanı da müzakirə mövzusu olan “Azərbaycan avtomobil sektorunda mövcud vəziyyətin icmalı: Tendensiyalar, çağırışlar və təkliflər” üzrə təqdimat edilib, eləcə də 2025-ci il üçün Yol xəritəsinin yekun layihəsinə daxil ediləcək yeni tədbirlərin müzakirəsi aparılıb.
Özəl sektor nümayəndələrinin, o cümlədən avtomobil dilerlərinin təmsilçilərinin aktiv iştirakı ilə keçən görüşdə müvafiq çağırışlar və qarşıda duran vəzifələrdən irəli gələrək, praktik təkliflər istiqamətində səmərəli müzakirələr aparılıb və təkliflər irəli sürülüb.
Sonda 2025-ci il üçün Yol xəritəsinin layihəsinin yekunlaşdırılaraq təsdiq üçün təqdim edilməsi qərara alınıb, eləcə də qarşıda duran vəzifələr üzrə tapşırıqlar verilib.
