Misirin Maşınqayırma İxracatçıları Şurasına istinadla xəbər verilir ki, ötən ilin 11 ayı ərzində bu sənaye məhsullarının ixracı 5,1 milyard ABŞ dollarına bərabər olub. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artım deməkdir. 2023-cü ildə bu növ sənaye ixracının həcmi 4,2 milyard dollar təşkil edib. Məlumata görə, təkcə ötən ilin noyabrında ixrac 451 milyon təşkil edib ki, bu da 2023-cü ilin eyni ayının göstəriciləri ilə (401 milyon dollar) müqayisədə 12,5 faiz artım deməkdir.
Məlumatda bildirilir ki, ötən ilin 11 ayı ərzində bu məhsulların ixracatında artım qeydə alınıb: kabel məhsulları (32.7), elektrik cihazları (6.1%), avtomobil hissələri (15.5%), məişət texnikası (4.6%), elektrik və elektronika sənayesi məhsulları (6.4%), nəqliyyat vasitələri (92.4%). Bu məhsulların ixracatında əsas yeri Böyük Britaniya, Türkiyə, Fransa, Almaniya, Gürcüstan, İtaliya, Çexiya, İspaniya, İrlandiya, Sloveniya, Səudiyyə Ərəbistanı, İraq, Livan, Oman, Azərbaycan, Qətər, Liviya, Əlcəzair, Mərakeş, Tunis, Keniya, Nigeriya, Qana tutub.
